Milli Məclis beynəlxalq sazişi təsdiq etdi
Bizi izləyin

Sosial

Milli Məclis beynəlxalq sazişi təsdiq etdi

Milli Məlis Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi mzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, dəyişiklik barədə deputatlara Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məluat verib.

Deyib ki, sözügedən saziş 1997-ci ilin 20 avqust tarixində bağlanb, 1998-ci ildə təsdiq edilib. O, əlavə edib ki, dəişikliklərin mahiyyətində bir neçə məsələ durur:

“Dəyişikliklərlə sazişdə “Azərqızıl”ı Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvəzləyir. Çünki müqavilə bağlanan zaman nazirlik təşkil edilməmişdi. İkincisi, R.V. İnvestment Group Services, LLC Söyüdlü və Zod yatağından imtina edir, əvəzində digər sahələrdə fəaliyyətini dava etdirəcək.

Komitə sədri qeyd edib ki, saziş bağlanan zaman Söyüdlü və Vejnəli yataqları işğal altında olub:

“Podratçı o zaman kəşfiyyat növləri ilə bağlı işləri həyata keçirə bilməyib. İndi ordumuz həmin əraziləri işğaldan azad edib.Yeganı Qızılbulaq, Dəmirli yatağının yerləşdiyi ərazidə Rus sülhməramlıları yerləşir. Bununla bağlı da məsələlər daha çox texniki xarakterlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm