Özəl tibb müəssisəsi qaydaları pozdu - Böyük məbləğdə cərimə
Bizi izləyin

Sosial

Özəl tibb müəssisəsi qaydaları pozdu - Böyük məbləğdə cərimə

Quba rayonunda tibb ocağı kimi fəaliyyət göstərən "Mediaz" MMC-nin barəsində protokol yazılıb.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən planlı yoxlama zamanı lisenziyadan kənar tibb fəaliyyəti (endokrinoloji) və sertifkatsız fəaliyyət aşkar edilib.

Bununla da İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) və 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddələri ilə inzibati qaydada protokol yazılıb.

Protokola hüquqi qiymət verilməsi üçün Quba rayon Məhkəməsinə göndərilib.

Hakim İlqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, MMC 7 min manat cərimə olunub.

(Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm