DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)

Daxili İşlər Nazirliyi sabiq polis əməkdaşı Samir Zamanpurun vəfatı ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, bu baeədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub. Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

xxx

01:30

Ağdaşda yol qəzası zamanı polis əməkdaşı vəfat edib.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Yuxarı Ləki kəndində baş verib.

İlkin məlumatlara əsasən, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpur qəzada həyatını itirib. Onun qəzanı şəxsi avtomobili ilə törətdiyi, qarşıdan gələn digər maşınla toqquşduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2 iyul Azərbaycanda polis işçilərini peşə bayramı kimi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm