Sosial
Ukrayna səfiri müsəlmanları Azərbaycan dilində təbrik etdi
Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib.
Publika.az xəbər verir ki, diplomat təbrikini Azərbaycan dilində səsləndirib:
"Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir.
Qardaş Azərbaycan xalqı, bayramın mübarək! Əziz dostlar! Müsəlman dünyası üçün bu müqəddəs gündə ukraynalılar, eləcə də Azərbaycan əsilli ukraynalılar əlində silahla Ukrayna dövlətinin azadlığı və müstəqilliyini qorumaq məcburiyyətində qalıblar. Siz doğma torpağı müdafiə etməyin nə demək olduğunu, eləcə də sülhün qiymətini hamıdan yaxşı bilirsiniz!".
Bundan başqa təbrik videosunda səfirin oğlu, həyat yoldaşı və Ukraynada hərbi əməliyyatlarda iştirak edən azərbaycanlı döyüşçü də yer alıb. Onlar da müsəlmanları Qurban bayramı münasibətilə Azərbaycan dilində təbrik ediblər.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO