Sosial
ANAMA Ağalılara təlim keçdi - Foto
“Qarabağa Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçürülən əhali üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilməyə başlanılıb.
Agentlikdən Publika.az-a verilən məlumata görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimlərin məqsədi Ağalı sakinlərinin kəndin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz davranış qaydaları ilə tanış etməkdir.
2022-ci il 1 iyul tarixindən Bakı şəhərində mərhələli şəkildə başlayan təlimlər ənənəvi olaraq Zəngilan rayonunda davam etdirilir. Təlimlərdə vətəndaşlara mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də təhlükə haqda məlumat vermə istiqamətləri barədə təlimatlar verilir. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşur və posterlər paylanılır.
Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək bəxbəxt hadisələrdən həm özünü, həm də yaxınlarını qorumuş olacaq.
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO