Abonentlər "Azəriqaz"ın Qəza xidmətinin fəaliyyətini dəyərləndirdi
Bizi izləyin

Sosial

Abonentlər "Azəriqaz"ın Qəza xidmətinin fəaliyyətini dəyərləndirdi

“Azəriqaz” İstehsalat Birliyinin tərəfindən göstərilən xidmətlərlə bağlı sorğu keçirən “QBS Consulting” MMC bu dəfə Birliyin qəza xidməti əməkdaşlarının fəaliyyəti barədə abonentlərin fikrini öyrənib.

Bu barədə Publika.az-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Sorğuda qaz təchizatı ilə bağlı “Azəriqaz” İB-nin 104/185 Çağrı mərkəzlərinə müraciət əsasında işin icrası üçün qəza xidmətinin əməkdaşlarının abonentin ünvanına gedib-getməməsi, eyni zamanda abonentin ünvanına gedən əməkdaşların operativliyi, bilik və bacarıqları, davranışları, eləcə də müraciət olunan problemin həlli istiqamətində fəaliyyəti qiymətləndirilib.

Sorğunun nəticələri barədə diaqramlarda ətraflı məlumat göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm