Azərbaycanda illik inflyasiya ilə bağlı rəsmi açıqlama
Bizi izləyin

Sosial

Azərbaycanda illik inflyasiya ilə bağlı rəsmi açıqlama

2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksində ötən ilin eyni dövrü ilə müqayisədə 113,2 faiz artım baş verib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,0 faiz təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yaydığı 8 aylıq hesabatda əks olunub.

Bu da onu göstərir ki, cari ildə Azərbaycanda inflyasiya 13,2 faizdən yuxarı olub.

Təkcə avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 114,2 faiz olub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi bir ay əvvələ nisbətən 101,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən isə 120,8 faiz təşkil edib. Bu da onu göstərir ki, ötən ay infilyasiya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 20,8 faiz yüksəlib.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm