Bulvarda atraksionların yeri boş qalıb – AÇIQLAMA
Bizi izləyin

Sosial

Bulvarda atraksionların yeri boş qalıb – AÇIQLAMA

Bu yaxınlarda paytaxtdakı Milli Parkın ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion isə sökülüb.

Publika.az "trend"-ə istinadla xəbər verir ki, bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.

Amma sökülən köhnələrin yerinə yeni atraksionlar quraşdırılmayıb.

Məsələ ilə bağlı sayta açıqlama verən K.İmamverdiyeva bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:

“Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, - deyə K.İmamverdiyeva əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm