Sosial
Əhalinin banklardakı əmanətləri kəskin artdı
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 26,86 faiz və ya 2,299 milyard manat artaraq 10,858 milyard manat təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.
Ölkə üzrə bank əmanətlərinin 89,14 faizi (9,678 milyard manat) Bakı şəhərinin, 10,86 faizi (1,179 milyard manat) regionların payına düşüb.
Əmanətlərin 60,3 faizi (6,548 milyard manat) milli valyutada, 39,7 faizi (4,31 milyard manat) xarici valyutada olub.
Avqustun 31-nə olan vəziyyətə görə, əmanətlərin orta illik dərəcəsi ölkə üzrə 3,36 faiz, Bakı şəhərində 3,21 faiz təşkil edib.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ