Sosial
Ruslan Əliyev Lənkəran və Astarada qazlaşdırılma işləri ilə tanış oldu - VİDEO
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran rayonunun Digah kəndinin genişlənən hissəsində paylayıcı (küçə) xətlərin çəkilişi işləri ilə tanış olmaq üçün sözügedən kəndə səfər edib.
Publika.az xəbər verir ki, baş direktor işin gedişatı ilə maraqlanaraq ərazidə çalışan Birlik əməkdaşları ilə görüşüb.
Birlik rəhbərinə bildirilib ki, ərazinin qazlaşdırılması üçün müxtəlif diametrli 7725 metr uzunluğunda polad borudan istifadə olunacaq ki, artıq 4280 metr uzunluğunda xəttin çəkilişi yekunlaşıb. Daha sonra Ruslan Əliyev bir qrup Birlik əməkdaşını SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.
Baş direktor Astara rayonunun Səlivə kəndində də görülən işlərlə yaxından maraqlanıb. Kəndin küçə qaz xətlərinin çəkilişi üçün lazım olacaq 15 909 metr xəttin 8549 metr hissəsində işlərin yekunlaşdığı vurğulanıb. Baş direktor Birlik əməkdaşlarının problemləri ilə də yaxından maraqlanıb. Onlar tərəfindən ünvanlanan bir sıra müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verilib.
Bu ünvanda da bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 18 Oktyabr 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB18 Oktyabr 16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı

















.jpg)



















