Sosial
“Şəhid atan sizin pulunuzu ödəyib” - AzTV-də təsirli layihə başlayır
Azərbaycan Televiziyası 44 günlük Vətən müharibəsinin ikinci ildönümündə yeni layihəyə start verib.
AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Əmanət” adlı layihə qısametrajlı filmlər silsiləsindən ibarətdir.
Bədii-sənədli filmlərdə şəhid ailələrinə və övladlarına, qazilərə cəmiyyətin və dövlətin qayğısı, diqqəti əks olunur. Filmlərin ssenarisi real hadisələrə əsasən qələmə alınıb.
Silsilənin ilk filmi “Şəhid əmanəti” adlanır və Vətən müharibəsi şəhidi Natiq İsmayılovun ailəsinin danışdıqlarına əsasən çəkilib.
Belə ki, şəhidin oğlu Davud İsmayılzadə filmin baş qəhrəmanıdır. O, çörək almağa gedir və yolda ona qarşı xüsusi diqqət göstərən qonşuları ilə qarşılaşır. Çörək almaq üçün daxil olduğu dükanda isə satıcı şəhid ailəsi olduğu üçün ondan pul almır və “şəhid atan sizin pulunuzu ödəyib” deyərək yola salır.
Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Natiq İsmayılov 17.10.2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
N.İsmayılovun 4 övladı – Ömər İsmayılzadə, Behbud İsmayılzadə, Gülər İsmayılzadə və Davud İsmayılzadə Vətənə əmanət qalıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...