“Ermənilər onlarla azərbaycanlını qətlə yetirərək Edillidə basdırıb” - Nazirlik
Bizi izləyin

Sosial

“Ermənilər onlarla azərbaycanlını qətlə yetirərək Edillidə basdırıb” - Nazirlik

“Bizdə olan məlumata görə, Edillidə onlarla vətəndaşımız qətlə yetirilərək bu ərazilərdə basdırılıb. İndiyədək 25 şəxsə aid qalıqlar tapılıb. Ancaq axtarış işləri hələ də davam etdilir”.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olinmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, 12 nəfərə aid qalıqların hamısı kişi cinsli və cavandır: “Onların hamısı hərbi qulluqçudur. Qalıqları tapılanların arasında mülki şəxs yoxdur. Hamısının ayağında “press ipi” var. Onların bəzilərində dəlik də var. Bu hal da laboratoriyada araşdırılacaq. Baş Prokurorluq hər bir qalıq barədə rəy verəcək. Ekspertiza zamanı qoyulan suallara aydınlıq gətiriləcək”.//Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm