Sosial
Həbsdə olan sabiq icra başçısı xəstəxanaya köçürüldü

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun səhhəti pisləşib.
Publika.az xəbər verir ki,bu barədə onun vəkili Elnur Vəliyev Qafqazinfo-ya açıqlama verib.
O bildirib ki, Qoca Səmədov cəza cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb:
"Sabiq icra başçısı hazırda həkim nəzarəti altındadır. Onunla görüşəndə özünü yaxşı hiss etmədiyini dedi. Ürəyinə kardioqrama etmişdilər. Məlum oldu ki, ürəyində çat yaranıb. Bildiyiniz kimi ürəyindən bu günə kimi 3 dəfə əməliyyat olunub. Çox güman ki, yenidən əməliyyat olunacaq".
Xatırladaq ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə 5 il 9 aya endirib.

-
MDB11:12
Administrasiyada çaxnaşma: Heç kim heç nə bilmir - Kiyevdə nə baş verir?
-
Hadisə11:10
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU