Sosial
Gömrük Komitəsi son 2 ildə ilk dəfə qanunsuz pirotexnika aşkar etdi

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xeyli miqdarda pirotexniki vasitələr aşkar ediblər.
Publika.az xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli miqdarda fişəng, pirotexniki və tezalışan vasitələrin realizə edilməsinin qarşısı alınıb.
«Baş İdarənin Əməliyyat şöbəsinə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişəngləri, pirotexniki və tezalışan vasitələrin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən yaşayış sahəsində saxlanılması və satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub»-deyə komitə açıqlama verib.
Məlumat əsasında gömrükçülər tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda müxtəlif adda - 291 ədəd fişəng, 250 ədəd fitil, 440 ədəd fişənglərin hazırlanması üçün nəzərdə tutulan böyük və kiçik ölçülü karton boru, 245 ədəd yapışqan üzlük aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu - son 2 ildə Gömrük Komitəsi əməkdaşlarının aşkar etdiyi ilk pirotexnika partiyasıdır. Bundan əvvəl belə hal 2020-ci ilin dekabrında – təqribən 2 il əvvəl qeydə alınıb. Ötən dövrdə gömrük xidməti pirotexnika aşkarlanması barədə açıqlama yaymayıb.
Bununla yanaşı, qeyd edək ki, bir qədər əvvəl komitədə aparılan araşdırmalar zamanı aşkar edilmişdi ki, ölkəyə pirotexniki vasitələri gömrük əməkdaşları özləri gətirilmiş və onların aşkar edilmjəməsi üçün texniki yoxlama qurğularını söndürmüşlər.

-
Avropa14:30
Fransa Rusiyaya savaş elan edir: Ordunu göndərir
-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI