Bakıda partlayışda yaralanan şəxsin vəziyyəti AĞIRLAŞDI
Bizi izləyin

Sosial

Bakıda partlayışda yaralanan şəxsin vəziyyəti AĞIRLAŞDI

Nizami rayonunda baş vermiş partlayış nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlunun vəziyyəti ağırdır.

Publika.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, Toğrul Əliyev Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Onun bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bundan başqa, hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm