Sosial
Makron şəxsiyyətini və ləyaqətini ermənilərə satıb - Deputat

“Qüdrət Həsənquliyev və Siyavuş Novruzun dedikləri ilə razıyam. Dövlət başçısı kimi ağ yalan danışan, Azərbaycan dövlətinə qarşı düşmən mövqe sərgiləyən Emmanuel Makron yenidən gündəmə gəlir. Bu, ilk hal deyil. O, vasitəçi kimi çıxış edə bilməz, çünki tərəfdir”.
Publika.az xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.
“Hələ deyir ki, Ermənistanı ona görə müdafiə edir ki, sülhpərvər tolerantdır: “Hansı tolerantlıqdan danışmaq olar ki, Ermənistanda başqa etnos yaşamır, Azərbaycan ərazilərini işğal edib, Xocalı soyqrımını törədib. Utanmadan deyir ki, Azərbaycan Qarabağı işğal edib. Qarabağ Azərbaycanın tarixi ərazisidir. Xəcalət çəkmir”.
Fəzail Ağamalı qeyd edib ki, Makron neft və qaza satılmadığını iddia edir: “Makron çoxdandan şəxsiyyətini və ləyaqətini ermənilərə satıb”.
Deputat deyib ki, Fransa ilə münasibətlər kəsilməlidir: “Azərbaycan nə edib ki, Senat sanksiya məsələsinə baxır? Biz torpaqlarımızı işğaldan azad etmişik. Əgər belədirsə, bizdə bu ölkə ilə münasibətlərimizi dayandırmalıyıq.

-
Rəsmi xronika12:02
İlham Əliyev Ursula fon der Lyayen ilə görüşdü
-
MDB11:12
Administrasiyada çaxnaşma: Heç kim heç nə bilmir - Kiyevdə nə baş verir?
-
Hadisə11:10
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO