Azərbaycanda ən çox bahalaşan ödənişli xidmətlər - SİYAHI
Bizi izləyin

Sosial

Azərbaycanda ən çox bahalaşan ödənişli xidmətlər - SİYAHI

Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları üzrə qiymət artımın açıqlayıb.

Publika.az xəbər verir ki, komitə bildirir ki, bu dövrdə ödənişli xidmətlər 10,2 % bahalaşıb.

Sentyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətlər əvvəlki aya nisbətən 3,3 %, əvvəlki ilin sentyabr ayına nisbətən 11,4 % artıb.

Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma

paltarların kimyəvi təmizlənməsi,

ayaqqabı təmiri,

mənzillərin təmiri,

məişət cihazlarının təmiri,

mebellərin təmiri,

minik avtomobillərinin təmiri,

ictimai iaşə (kafe-restoran),

tibb, stomatoloji,

bərbərxana, kosmetoloji

MDB ölkələrinə təyyarə biletləri olub.

Ucuzlaşma isə MDB-dən kənar ölkələrə təyyarə biletləri olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

(Fed.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm