Əhaliyə ŞAD XƏBƏR: maaş və pensiyalar artacaq - AÇIQLAMA
Bizi izləyin

Sosial

Əhaliyə ŞAD XƏBƏR: maaş və pensiyalar artacaq - AÇIQLAMA

"2022-ci ilin yekunları tam təhlil olunduqdan sonra icmal büdcəsinin qalığının yönəldilməsilə bağlı müvafiq tədbilər görüləcək".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov gələn ilin büdcəsi haqda danışarkən deyib.

A. Hüseynovun sözlərinə görə, icmal büdcədə 7 milyard 150. 2 milyon manatdan çox qalıq yaranıb, bu isə bir il əvvələ nisbətən çoxdur:

"Ölkədə aparılan siyasətin ən başlıca məqsədi və hədəfi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Bu istiqamətdə dövlətin konkret layihələri və proqramları var. Dövlət büdcəsindən hər il 40%-ə qədər xərclər sosial sahələr üçün nəzərdə tutulur. Sevindirici məsələlərdən biri ondan ibarətdir ki, bu ilin 9 ayı ərzində ölkə büdcəsinin gəlirləri 29.7 milyard manat artıb, xərclər isə 22.5 milyard manat təşkil edib. Biz artıq görürük ki, gəlirlərimiz, çox xərclərimiz azdır. Eyni zamanda 9 ay ərzində 7 milyard manat sərbəst vəsait yaranıb. Məlumdur ki, dövlət büdcəsinin sərbəst qalığı birinci növbədə sosial tədbirlərə - əmək haqları, təqaüdlər və pensiyaların artırılmasına, şəhid ailələrinin ailə büdcələrinin formalaşmasına yönəldilir. 2023-cü ildə də bu tendensiya davam edəcək. Həmçinin orta illik inflyasiyanı nəzərə almaqla əmək haqlarının, pensiyaların artımı təmin olunacaq. Mühüm tədbirlərin həyata keçirilməsi labüddür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm