NATO-dan xəbərdarlıq: Rusiya məsuliyyətsiz və ehtiyatsız davranır
Bizi izləyin

Sosial

NATO-dan xəbərdarlıq: Rusiya məsuliyyətsiz və ehtiyatsız davranır

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynada nüvə silahından istifadə riskini ciddi hesab edir

Publika.az xəbər verir ki, Stoltenberq Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə riskinin kiçik olduğunu, lakin alyansın bu ehtimalı çox ciddi qəbul etdiyini bildirib. O, bu barədə Türkiyənin "N TV" telekanalına müsahibəsində bildirib.

“Rusiya Federasiyasının Ukraynada nüvə silahından istifadə etməsi riski azdır, lakin nəticələri böyük olacaq. RF məsuliyyətsiz və ehtiyatsız davranır. Nüvə silahları münaqişənin xarakterini dəyişəcək. Nüvə müharibəsində qaliblər olmayacaq. Biz bu mesajı açıq şəkildə veririk”,-deyə Stoltenberq qeyd edib.

Bir müddət əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib ki, Çin Ukraynada nüvə silahının istifadəsinə qarşıdır və həmçinin beynəlxalq ictimaiyyətin tezliklə Kiyev və Moskva arasında danışıqlar prosesinə başlamasında israrlıdır.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm