Zelenskiyə məyusedici siqnallar gəlir - Qərbdən
Bizi izləyin

Sosial

Zelenskiyə məyusedici siqnallar gəlir - Qərbdən

Qərb ölkələri Ukraynadakı münaqişədən yorulublar.

Publika.az xəbər verir ki, bunu ukraynalı jurnalist Lyubko Petrenko deyib. Onun iddiasına görə, Qərb ölkələri Volodimir Zelenskiyə məyusedici mesajlar göndərirlər.

“The Washington Post” və “The Wall Street Journal” kimi nəşrlərə əsaslanan müəllif belə qənaətə gəlir ki, Vaşinqton Kiyevə müəyyən siqnallar göndərir və onlar "xoş olmayan" siqnallardır:

“Münaqişəyə qərq olmuş, lakin eyni zamanda, demək olar ki, tamamilə Qərbin köməyindən asılı olan bir ölkənin lideri heç bir danışıqlara getməyəcəyini bəyan etdikdə, bu, “Qərb hakimi”ni o qədər də təsirləndirmir”.

Bir müddət əvvəl Co Bayden ABŞ-ı birbaşa Ukrayna münaqişəsinə sürükləməyəcəyini və bununla da üçüncü dünya müharibəsinə səbəb olmayacağını bildirib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm