Sosial
Suriyadan gətirilən qızdan tükürpədici açıqlama: "Atalığım dedi ki..." - VİDEO

Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.
Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanılıb.
Suriyadan Azərbaycana gətirilən azyaşlı qızlardan biri başına gələn dəhşətlərdən söz açıb: "Atalığım dedi ki, Türkiyəyə gəlin. Biz avtobusdan düşəndə hər yerdə silahlı insanlar var idi. Soruşanda ki, nə baş verir? Cavab verdilər ki, siz Suriyadasınız. Bir neçə dəfə qayıtmaq istədik. Amma qayıtmağa icazə vermədi. Mühafizəçilər də qoymaq istəyirdi ki, anam qaçmasın. Atalığım yanımızda deyildi, onu tutdular. Sonra anam qaçmaq istədi".

-
İdman22:07
Məşqçi və ailəsi dağıntılar altından çıxarıldı
-
Dəb22:00
Ulduzlar dəbdəbəli ziyafət libaslarında - FOTO
-
Dəb20:40
53 yaşlı Cennifer Lopez geyimi ilə göz qamaşdırdı - FOTO
-
Region19:48
Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çökdü - VİDEO
-
Nida Xəbər 19:36
Baş nazirdən MÜHÜM QƏRAR: martın 1-dən etibarən...
-
Region19:12
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı bacılar XİLAS EDİLDİ
-
Nida Xəbər 18:54
FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatdı - FOTO/VİDEO
-
Nida Xəbər 18:36
Zəlzələdə ölənlərin sayı 1500 nəfərə çatdı