Sosial
Nazir “Aztelekom”un baş direktorunu işdən çıxarıb? - YENİLƏNDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbərini təkzib edib.
Nazirlikdən Publika.az-a bildirilib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
“K.Müller hazırda şirkətin rəhbəri kimi fəaliyyətini davam etdirir”, - deyə qurum bəyan edib.
xxx
13:50
“Aztelekom” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.
Publika.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən alman əsilli Klaus Müller işdən çıxarılıb.
“Aztelekom” MMC-dən saytımıza bildirilib ki, baş direktor vəzifəsilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilərdi.
Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.
Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR