Sosial
Keçmiş icra başçısı oğluna 188 manata necə şirkət alıb? – Məhkəmədə ŞOK RƏQƏMLƏR
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Nural Əliyevin sədirliyi ilə keçirilən prosesdə ittiham aktının elanı başa çatıb. Dövlət ittihamçısı Şəmkir rayonun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması istiqamətində ayrılan vəsaitlərin necə mənimsənilməsini soruşub.
Bəlli olub ki, Şəmkir rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin edilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən 318 min, yaşayış binasının tikintisindən isə 516 min manat vəsait mənimsənilib. Nəticə etibarı ilə yaşayış binasının tkintisi yarımçıq saxlanılıb. Sabiq icra başçısı mütəxəssis olmadığından rayonun asfalt örtüyü ilə təmin edilməsi istiqamətində ayrılan vəsaitlərin necə xərcləndiyini tam izah edə bilməyəcəyini deyib. O da bəlli olub ki, müxtəlif MMC-lərə dövlət büdcəsi hesabına odun və dizel yanacağının tədarükü ilə bağlı vəsait ayrılıb. Lakin vəsaitlər nağdılaşdırlsa da, istiqamət üzrə xərclənməyib. Bəzi şəxslər isə könüllü olaraq məhkəməyə qatılıb.
Məhkəmədə Şəmkir Bələdiyyəsinə məxsus Ağ Dağlar adlanan ərazidə ümumi dəyəri 1 mln 135 min manat olan “Natural Su” və ya başqa adı ilə desək, “Natural Cem” MMC-nin 188 manata Alimpaşa Məmmədovun oğlu Adil Əilzadənin adına keçirldiyi üzrə fraqment də araşdırılıb. Sabiq icra başçısı qeyd edib ki, sözügedən MMC kredit hesabına yaradılıb. Bələdiyyənin tabeliyinə verilməsi isə sadəcə formal xarakter daşıyıb. Müəssisənin tikintisi üçün Sahubkarlığa Kömək Milli Fondundan kredit ayrılması məhz Alimpaşa Məmmədovun səyi nəticəsində mümkün olub. Sonradan sabiq icra başısı krediti ödəyə bilmədiyini anladıqda həmin müəssisəni Tahir adlı sahibkara borcun ödənilməsi şərti ilə verib.
Bundan başqa, prosesdə ayrı-ayrı şəxslərin adına olan 221 min manat pulun da mənimsənilməsi faktı da üzə çıxarılıb. Alimpaşa Məmmədov ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ilə razılaşıb. Növbəti məhkəmə prosesi dekabrın 15-i saat 16-da keçiriləcək.
(Müsavat.com)
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman14 Avqust 19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə14 Avqust 18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu





















.jpg)

.jpg)












