Sosial
“Şəfiqə Nağıyeva bunu istəsəydi, Lalə Azərtaş ikiəlli razı olardı” - Tolik sirləri açdı - Video
Sosial mövzulu verilişlərdə qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn tanınmış vəkil Şəfiqə Nağıyeva artıq MTV Azərbaycanın “Ümid ilə gəl” verilişində ekspert kimi fəaliyyət göstərir.
Bu transfer vəkilin adı ətrafında yenidən müzakirələr yaratdı və onun artıq üçüncü dəfə veriliş dəyişdiyi iddia edildi.
Publika.az xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) Yenisabah.az-a açıqlamasında Şəfiqə Nağıyevanın heç vaxt Lalə Azərtaşın proqramında daimi ekspert olmadığını bildirib:
“Şəfiqə Nağıyevanın Lalə Azərtaşın “Təsir dairəsi” verilişində ekspert olması ilə bağlı yayılan xəbərlər yanlışdır. Sadəcə, Şəfiqə Nağıyevanın hüquqlarını qoruduğu şəxs həmin efirə çıxmışdı, o da ona görə iki günlük orada idi. O, heç vaxt həmin verilişdə daimi ekspert olmayıb. Əgər o verilişdə ekspert olmaq istəsəydi, orada qalardı və inanın ki, Lalə Azərtaş da buna ikiəlli razı olardı. Orada şikayətçi olan baba var idi, nəvələrini almaq istəyirdi, həmin şəxs Şəfiqə xanımdan xahiş etmişdi ki, mənimlə birgə verilişə gəl və qanun çərçivəsində danış”.
Tolik qeyd edib ki, vəkil bundan sonra onun verilişində daimi ekspert kimi çıxış edəcək:
“Elgizlə arasında nə baş verib bilmirəm, amma indi mənim verilişimdə ekspertdir. O, Lalə Azərtaşdan sonra mənim verilişimə gəlməyib, yox, məndən sonra Laləyə gedirlər. Məsələn, Anar Vəziroğlu Lalənin verilişindən əvvəl məndə ekspert idi.
Bundan sonra Şəfiqə Nağıyeva mənim verilişimdə olacaq, nəinki mənim verilişimdə, bu həftənin bazar günü Xoşqədəm Hidayətqızının verilişində də ekspert kimi çıxış edəcək. Burada nə var?”
Aparıcı vəkillə Anar Vəziroğlu arasında yaşanan davadan da danışıb:
“Şəfiqə xanım qalmaqal yaratmayıb. Mənim verilişimdə də Rövşanə Ağasəfqızı ilə aralarında mübahisə oldu. Adı üstündə, bu, mübahisədir, qalmaqal yox. Onlar bir az hisslərini cilovlaya bilmirlər, emosionaldırlar. Anar Vəziroğlu ilə Şəfiqə Nağıyevanın arasında olan davanın kadrarxasına baxdıqda görürsünüz ki, Şəfiqə xanım heç yerindən qalxmır. Görün, Anar müəllim onu necə özündən çıxarır ki, axırda götürüb stəkandakı suyu onun üzərinə atır. Amma Anar Vəziroğlu həmin hərəkəti canlı efirdə edib. Bu tam başqa bir şeydir. Anar müəllim yaxşı insandır, amma bir az emosionaldır. Şəfiqə xanım vəkildir, Anar müəllim hissləri ilə danışır, o isə qanunlarla. Mən də bəzən hisslərimlə danışıram”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)




















.jpg)
.jpg)
