Sosial
17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir - VİDEO
Gədəbəy rayonunda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verildiyi iddia olunub.
Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, 17 yaşı qız 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.
Publika.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, E.Şəkərbəyli dörd dəfə evlənib-boşanıb. Bu, onun beşinci evliliyidir. Hazırda nişanlandığı 17 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Daha sonra oğlu ilə nişanlısı ayrılsa da, kişi ilə 17 yaşlı qız evlənməyə qərar verib.
E.Şəkərbəyli iş adamıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, yeniyetmənin nikaha daxil olması barədə Gədəbəy Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb:
“Yayılan görüntülərdə qızın 17 yaşı olduğu qeyd edilib. Bütün bunlara baxmayaraq, araşdırma aparılır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
