Sosial
Qızını 50 yaşlı kişiyə verən ana: "Acından ölən cavana verməkdənsə..." - Video
14:18
Xəbər verdiyimiz kimi, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb. Qeyd edilib ki, araşdırmalarla qızın 17 yaşının tamam olduğu məlum olub. "Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir".
Publika.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə hesabında paylaşım edərək bildirib ki, nişanlanan qızın anası Teymur Kərimov adlı şəxsə zəng edərək etdikləri işlərinə haqq qazandırıb:
"Əcəb edirəm qızımı 50 yaşında kişiyə verirəm. Cavan acından ölənə verənə kimi Rusiyada pul qazanan 50 yaşında kişiyə vermək daha yaxşıdır", - deyə qızın anası qeyd edib.
Xatırladaq ki, video sosial şəbəkələrdə yayılandan etirazlara səbəb olub. Belə ki, insanlar azyaşlının 50 yaşında şəxsə ərə verilməsini şiddətlə qınayıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
