Sosial
Naxçıvanda işdən qovulanlar DTX-ya müraciət etdi - Hər ay 20 min manat tələb olunur...
Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir qrup keçmiş və hazırkı əməkdaşı ictimaiyyətə və DTX-ya müraciət edib.
Publika.az xəbər verir ki, müraciət, bu qurumda baş verən rüşvət, məmur özbaşınalığı və digər qanunsuzluqlarla bağlıdır.
Şikayətçilər, hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından, bu qurumu da araşdırmalarını xahiş edirlər.
Müraciətdə bildirilir:
“Naxçıvan MR DSMF illərdir ki, rayon və şəhər şöbələrinə aylıq haqq qoyur. Naxçıvan şəhər şöbəsi hər ay 20 min, Babək rayonu 15 min, digər rayonlar isə 10 min manat yuxarılara verməlidir. Bu haqqı çatdırmayan şöbə rəhbərləri və əməkdaşları cəzalanır. Təbii ki, bu pullar biz işçilərdən, təqaüd, yaxud sosial yardım alan vətəndaşlardan yığılır. Yığılan pullar isə birbaşa mərkəzi DSMF-dəki müavinlər Sahir Rüstəmova və Aslan Eyvazova verilir. Onlar isə alınan pulları yuxarı çatdırırlar.
Aylığın vaxtı çatanda biz işçilər pul tapmağa məcbur edilirik. Bizi məcbur edirlər ki, təqüdçülərin pulunu borc adı ilə saxlayıb, yuxarı çatdıraq. Bu səbəbdən, işçilərimizin çoxu təqüdçülərə borclu qalıblar. Təqaüdçülər isə öz təqaüdlərini bizdən tələb edirlər”.
Müraciətdə bildirilir ki, müavin Sahil Rüstəmov, köhnə əməkdaşları işdən çıxarıb, onların yerini 10 min manata başqalarına satır:
"Çoxlu sayda köhnə əməkdaşı ya özləri işdən çıxardı, ya da buna məcbur edildilər. Onların yerinə isə 10 min manat alaraq yeni işçilər götürdülər. Kadr işlərinə isə audit şöbəsinin müdiri Mənsur baxır. İşə götürülənlər onunla danışır, pulu ona verir, o isə yeni işçilərin əmrinin verilməsin təmin edir. İşə götürmək adı ilə pul aldıqları adamlardan bəzilərinin pulu da batıb. İndi onları nə işə götürürlər, nə də pullarını qaytarırlar. Köhnə əməkdaşların əsassız yerə sıxışdırılaraq, işdən çıxarılması indi də davam edir".
İşdən çıxarılan DSMF əməkdaşları DTX-dan xahiş edirlər ki, onlara işlərinə bərpa olunmaqda da yardım etsinlər:
"Ümidimiz sizədir. Naxçıvan camaatı sizi hazırda öz xilaskarı kimi görür. Bizi, uzun illərdir bu sahədə işləyən təcrübəli əməkdaşları əsassız yerə işdən çıxarıb, işsiz, çörəksiz qoyublar. Başqa təcrübəsiz adamlardan 10 min manat alıb, bizim yerimizə qoymaq üçün. Bizi maşsız qoydular. İndi necə dolanacağımızı bilmirik. Xahiş edirik, bizim işə qaytarılmağımıza yardımçı olun". /Yeni Sabah
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi








.jpg)








.jpg)

















