Sosial
Oğurladığı pulla səyahətə getdi - Qazax rayon sakininin «macərası» - Foto

İsmayıllı şəhəri ərazisində yerləşən qızıl-zinət əşyaları mağazasından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 25 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən mağazaya baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 32 yaşlı Adil Hacıyev saxlanılıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs səhər saatlarında Qazax rayonundan İsmayıllıya gəlib, burada kənardan mağazaları izləyib və daha sonra gecə saatlarında qeyd olunan obyektə daxil olaraq oradan oğurluq edib.
A.Hacıyev ifadəsində bildirib ki, hadisəni törətdiyi gecə İsmayıllıda qalıb, səhəri gün isə Bakı şəhərinə gedərək qızılları paytaxtın müxtəlif yerlərində satıb. Əldə etdiyi pulu xarici ölkələrdən birinə gedərək orada əyləncəsinə xərcləyib, geri qayıdarkən isə polis orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

-
Hadisə6 Dekabr 23:12
Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq
-
Nida Xəbər 6 Dekabr 23:04
İlham Əliyev: Sanki özüm öz toyumda iştirak etmədən məni evləndirdilər - VİDEO
-
Hadisə6 Dekabr 22:32
Axundovla bağlı qərar: “zərərçəkənin” qızı İrəvanı ifşa etdi
-
Hadisə6 Dekabr 21:54
Bakıda avtobus yaşayış evinin üstünə çıxdı - VİDEO
-
Sosial6 Dekabr 21:33
Şəhid atası vəfat etdi - FOTO
-
Magazin16 Dekabr 20:28
"Qızlarımız TikTok-u əxlaqsız platformaya çevirib"
-
Nida Xəbər 6 Dekabr 20:02
İlham Əliyevdən 3 mühüm FƏRMAN - YENİLƏNDİ
-
Dünya6 Dekabr 19:41
Sabiq deputatın meyiti tapıldı