Sosial
Vasif Talıbovdan doğum günündə gözlənilməz addım - Qapısına gələnləri... - VİDEO
Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş "xan" əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi.
Publika.az xəbər verir ki, V.Talıbov 63-cü doğum günündə ağlasığmaz addım atıb. O, malikanəsinin qapılarını onu təbrik etməyə gələn insanların üzünə bağlayıb.
Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun da olduğu bildirilir.
Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun olaraq, "Müəllim Bakıya gedib" deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər.
Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib.
(Yenisabah.az)
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










