Sosial
Vasif Talıbovun oğlu alim adını necə alıb? - ŞOK ARAŞDIRMA - VİDEO

16:13
Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun elmi fəaliyyətini araşdırdım. Şokdayam. Bu adam 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2013-cü ildə elmi işini müdafiəyə təqdim edib.
Publika.az xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev deyib.
“2012-2013-cü illər arası 14 "məqaləsi" çap edilib. İlə 7 məqalə yazıb və hamısı da çox nüfuzlu jurnallarda dərc edilib. Halbuki o jurnallarda məqalə çap etmək üçün alim 6 ay gözləməlidir. Amma bu "alim" qısa zamana ardıcıl məqalələr dərc edib. Azərbaycan elmində şok inqilab edən Seymur Talıbov cəmi il yarım ərzində işini bitirib, müzakirədən keçirib və müdafiə edib. Halbuki müzakirə-seminar və müdafiə üçün ən azı 6 ay vaxt lazımdır.
Proses belədir. Dissertasiya ən uzağı 2 ilə yazılır. 7 məqalə, üstəgəl biri xaricdə tələb edilir. Bunu da ancaq iki ilə etmək olar. Sonra aralarında 3 ay fərqlə iki müzakirə olmalıdır. Seminara qədər 3 ay, müdafiəyə də 1,5 ay. Sənədlər bir aya hazırlanır gedir Ali Attestasiya Komissiyasına. Orda da ən azı 6 ay işə baxılır. İndi özünüz hesablayın...
Dünyada belə alim yoxdur. İQ səviyyəsi 160-dan çox olan dünyanın nəhəng alimləri bir ilə dissertasiya və 14 məqalə yaza bilməz. Amma Seymur Talıbov "yazıb".
2014-cü ilin əvvəlində fəlsəfə doktoru diplomu alıb. Cəmi 2 aya. Orda təkcə ekspertlər 2 aya işi oxuyur, rəy verir. 2 ay ərzində texniki baxış keçirilir, Rəyasət Heyətinə çıxır. 1 ay ərzində işə baxılır. Sonra da növbəti ay ərzində diplom təqdim edilir. Özünüz hesablayın…
Dünyada elə adam yoxdur ki, sənədləri AAK-a versin və diplomunu belə qısa zamana alsın...
1 il 9 ay ərzində elmi iş götür, mövzunu təsdiqlə, Koordinasiya Şurasından keç, 14 məqalə, dissertasiya yaz, müzakirə-seminar-müdafiədən keç və diplomunu da al!
Əsl alimlər bilir ki, bu prosesi ən super-alim 3 ilə güclə çatdıra bilər. Amma Seymur Talıbov elmin supermenidir! Nobel düşür buna görə ona!” - alim bildirib.

-
Avropa15:08
Makron bu tarixdə xalqa müraciət edəcək
-
Magazin114:11
Tanınmış aktyor 68 yaşını indiki və keçmiş arvadı ilə qeyd etdi - FOTO
-
Avropa13:16
Şolz: Ukrayna münaqişəsi bizi hələ uzun müddət narahat edəcək
-
Magazin111:50
Azərbaycanda tanınmış aparıcının pulunu belə ələ keçirmək istədilər - VİDEO
-
Magazin111:02
"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda
-
Magazin110:22
"Səs Azərbaycan"ın qalibi məlum oldu - FOTO
-
İdman09:31
"Qızıl top" uğrunda QIZĞIN MÜBARİZƏ: lider kimdir?
-
Magazin109:13
Mələkxanımın qızı bu telekanalda işə başladı - FOTO