Sosial
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı - Yeniləndi

Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvana Muxtar Respublikasına giriş bütün Azərbaycan vətəndaşları üçün açıqdır, eyni marşrutla Türkiyəyə getmək isə yalnız Naxçıvana MR qeydiyyatnda olan şəxslər üçün mümkündür.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin elan edildikdən sonra ölkənin quru sərhədləri bağlanıb. Bununla belə, yalnız Naxçıvandan İran və Türkiyəyə gediş-gəlişə icazə verilib. 2022-ci ilin iyul ayında bütün ölkə vətəndaşları üçün sərhəd keçidlərində Naxçıvan MR-ə giriş və çıxışa məhdudiyyətlər tətbiq edilib. Yalnız yük daşımaları, eləcə də İran ərazisindən keçməklə Naxçıvana MR-ə hərəkət edən müntəzəm avtobuslar üçün keçidə icazə verilib.
15:21
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan MR-da qeydiyyatda olmalıdır. Onlar öz avtomobilləri ilə sərhədi keçə bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırılmışdı.

-
Sosial22 Mart 23:45
"Dilarə ərinin ölümünə görə şokdadır, həkim evə buraxmaq istəyəndə…" - Aktrisa Ülviyyə
-
Sosial22 Mart 23:00
Oqtay Əliyevin nəşi harada dəfn ediləcək? - AÇIQLANDI
-
Magazin122 Mart 22:48
Zaur və Günay cütlüyü: "Sizdən yadigar bu şəkil qaldı" - FOTO
-
Hadisə22 Mart 21:42
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə22 Mart 21:26
Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI
-
Art22 Mart 21:00
Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yaydı
-
Hadisə22 Mart 20:42
Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: "Travmatologiyadayam"
-
Hadisə22 Mart 19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO