Sosial
Etik davranış üzrə müvəkkil vəzifəsi təsis edildi

Azərbaycanın dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilib.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub.
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə dövlət orqanlarında etik müvəkkil vəzifəsinin təsis edilməsinə dair təkliflər hazırlamalı idilər. Qanun layihəsi də məhz buna uyğun olaraq hazırlanıb və qəbul olunub.

-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari
-
Sağlamlıq16:00
Yemək yeyə-yeyə su içmək olarmı? - Fikirlər alt-üst oldu - VİDEO
-
Magazin215:24
Ramazanda milyonlar qazanacaqlar - SİYAHI