Sosial
Oqtay Əliyevin dəfn ediləcəyi yer dəyişdirildi - YENİLƏNDİ

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.
Publika.az xəbər verir ki, onun həyat yoldaşı Dilarə Əliyevanın istəyi ilə mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. O, Əməkdar artist Tünzalə Əliyevanın qəbrinə yaxın ərazidə torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən gün mərhumun yaxınları O.Əliyevin Mehdiabad qəbiristanlığında, babasının yanında dəfn olunacağını bildirmişdi.
23:00
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
Publika.az xəbər verir ki, mərhumun sənət dostları və qohumları onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.
Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib.
Belə ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

-
Hadisə18:36
Teatrın avtobusunun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO/YENİLƏNDİ
-
İdman18:19
"Qarabağ" "Neftçi"nin "ÜRƏYİNİ" APARIR: mövsümün ən səs-küylü keçidi
-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər
-
İdman14:08
Cazibədar voleybolçunun çörəyi idmandan yox, modellikdən çıxır - FOTOLAR