Sosial
Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin cinayət işi - Məhkəmədə

Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Feyruz Əhmədovun kənd təsərrüfatı təyinatlı texnika almaq istəyən şəxsə məxsus 48 min manatdan artıq pulu Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin yüksək vəzifəli şəxslərinə rüşvət qismində verilməsi adı ilə ələ keçirməsinə və bu hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Feyruz Əhmədova Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

-
Sosial17:02
Dövlət Gömrük Komitəsindən blogerə rəsmi cavab
-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq