Sosial
"Azərbaycanda 10 səyyar kinoteatr yaradılsın" - Rejissor

"Kino və sənətlə məşğul olan adamların maliyyə statusu haqda düşünməliyik".
Publika.az xəbər verir ki, bunu kinorejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərov "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “İdeologiya. Milli kino - dünən, bu gün və sabah” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, dünyada mövcud olan müasir kino normativlərinə imkan dairəsində uyğunlaşmaq lazımdır: "Bu hamımızın arzusudur. Bu gün dünyada beynəlxalq azərbaycanlı mütəxəssislərin maliyyə statusu ölkəyə dəvət olunmuş xarici mütəxəssislərin maliyyə statusundan xeyli aşağıdır. Və bu istehsalda problemlər yaradır".
Elxan Cəfərov Azərbaycan üzrə 10 səyyar kinoteatrın yaranması təklifi ilə çıxış edib: "Onlar kəndlərdə, qəsəbələrdə fəaliyyət göstərsinlər və kino nümayişi təşkil etsinlər. Bu həm daxili bazarda tamaşaçı sayını artırardı, həm də regionlarda təlim-tərbiyə işində böyük rol oynayardı".
Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu işə başlayıb. Forum iki gün davam edəcək.

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə