Sosial
“Sahibkarlarımız əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər”

“Sahibkarlarımız əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər”.
Publika.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bugünkü konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min artıb və bu ilin aprel ayının 1-nə 1.755,8 minə çatıb: “Qeyri-neft qaz sektorunun özəl bölməsində bu göstərici 298,1 min artaraq 838 min olub. Muzdlu işçi sayının və əmək haqqı fondunun “ağarması” sayəsində təkcə bu ilin yanvar-mart ayları ərzində məcburi dövlət sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% və ya 145,3 milyon manat artaraq 1 milyard 192,7 milyon manata çatıb”.
Nazir müavini əlavə edib ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı artır və hazırda 720 mindən çoxdur: “Onların böyük əksəriyyəti kiçik və orta biznes subyektləri olduğundan, bu təbəqədən olan sahibkarların inkişafına dövlət dəstəyinin göstərilməsi daim Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər dövlət qurumlarının diqqət mərkəzində saxlanılır”.

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə