Sosial
Şagirdlər məktəbdə qumar oynadı - Azərbaycanda

Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynalıması aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
O deyib ki, şəhər ərazisində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb. Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub.
Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb.
Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq
-
Dünya11:48
Rusiyanın NATO-ya hücum edəcəyi tarix açıqlandı - Bu ölkələr təhlükədədir