Sosial
"Her Improvement" layihəsinin növbəti mərhələsi yekunlaşdı

“Azercell Telekom” MMC-nin “FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" proqramının növbəti mərhələsi yekunlaşıb. Qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılması və startap ideyalarının inkişafına yönəlmiş layihədə gənc qadınlardan ibarət 5 komanda öz ideyalarını formalaşdırmaq və təkmilləşdirmək, öyrəndiklərini təcrübə ilə möhkəmləndirmək imkanı əldə edib. Layihə boyu iştirakçılar texnologiya sahəsini əhatə edən təlimlər keçiblər.
Sözügedən proqramda xanımlar peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan İnformasiya Texnologiyaları liderləri və startap təsisçiləri ilə görüşüblər, ideyalarının inkişafı üçün inkubasiya proqramını keçib, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı qazanıblar.
Xatırladaq ki, bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd olunur. Azercell texnologiya sahəsində yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan bütün qadınları bu gün münasibətilə təbrik edir, onlara bu sahədə inkişaf, özgüvən, önəmli layihələrə imza atmağı arzulayır.

-
Avropa14:30
Fransa Rusiyaya savaş elan edir: Ordunu göndərir
-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI