Sosial
Laçında dağ yamacına 8900 metr uzunluğunda su xətti çəkildi.
Ümummilli Lider H. Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində mayın 10-da tarixi əhəmiyyətli hadisə ilə qeyd olundu. Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən Laçın şəhərinin dağ yamacına 8900 metrlik su xətti çəkildi. Təbii bulaq suyu 300 metr yüksəklik fərqi ilə heç bir nasos basıncı olmadan öz axarı ilə şəhərə gətirilib. Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Müasir suvarma sistemi dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqları yayın quraqlığından xilas edəcək.
Publika.az xəbər verir ki, mayın 10-da Laçın şəhərinin Kəlbəcər, Şuşa, Qubadlı istiqamətlərindən üç girişində Bakı Abadlıq Xidməti, DİN Laçın Polis şöbəsinin rəhbərliyinin və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Erməni vandalizmi nəticəsində məhv edilmiş qədim ağacların kötükləri yanında salınan yaşıllıq zolaqları tarix üçün ibrətamiz mənzərədir. Böyük dağıntılardan sonra yenidən qurulmuş evlərin həyətində əkilən meyvə ağacları bu abad şəhərdə məskən salan yeni nəsillərlə birlikdə böyüyüb bar verəcək.
-
MDB10:36Putin onu əfv etdi - FOTO
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video





















.png)











