Taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var - VİDEO
Bizi izləyin

Sosial

Taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var - VİDEO

Taksi sürücüləri iş saatlarının çox olmasından şikayətlənirlər.

Onların iş qrafiki sübh tezdən başlayır. Bir sutkada 10-15, hətta 18 saat işləyən taksi sürücüləri var.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər bildirirlər ki, günlərinin əksər vaxtını sükan arxasında keçirmələrinə səbəb qazanclarının az olmasıdır.

Sürücüləri narahat edən həm qazanclarının az olması, həm də vaxtlarının çoxunun tıxaclı yollarda keçməsidir. Bu hal da istər-istəməz sürücü ilə sərnişin münasibətlərinə mənfi təsir göstərir.

Bütün bunlar onu göstərir ki, beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var.

Daha ətraflı süjetdə:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm