Sosial
“Avrora” MMC “Best Managed Companies” müsabiqəsinin qalibi seçildi - FOTO
“Deloitte” audit şirkətinin apardığı araşdırmalar nəticəsində “Best Managed Companies” müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblər idarəetmənin dörd əsas prinsipinə görə müəyyənləşdirilib. “Avrora” MMC “Strategiyanın uyğunlaşdırılması və həyata keçirilməsi”, “İnsan kapitalının inkişafı”, “İnsan kapitalının cəlb edilməsi, liderlik” və “Maliyyə idarə edilməsi” göstəricilərinə görə ilin şirkətlərindən biri seçilib. Qeyd edək ki, müsabiqə meyarları beynəlxalq fəaliyyətdə olan “Deloitte” şirkətinin 30 il ərzində dünya şirkətlərində apardığı araşdırmalar əsasında müəyyən olunub.
Araşdırma nəticələrinin dəyərləndirilməsi beynəlxalq standartlar çərçivəsində və biznes aləmində nüfuzlu, müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münsiflər eyni zamanda şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyasını və dayanıqlı inkişafını, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səyləri dəyərləndirirlər.
30 ildir ki, Azərbaycan milli iqtisadiyyatına dəyər qatan “Avrora” MMC qida təhlükəsizliyimizin təmin olunmasında əməli addımlar atır, qida məhsullarının istehsalını və idxalını həyata keçirir.
Qeyd edək ki, “Best Managed Companies” mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi dünyanın 37 ölkəsində uğurla həyata keçirilir və ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 37 ölkədə: Çin, ABŞ, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika, Çili və digər ölkələrdə həyata keçirilir.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq