Sosial
Taxtakörpü-Ceyranbatan su kəmərində sızma yaşanır - Video
Taxtakörpü su anbarından Ceyranbatan su anbarına gələn əsas su xətlərindən birində sızma yaşanır.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Report-a açıqlama verən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Ceyranbatan su anbarı Bakının su təchizatını həyata keçirir:
"Həmin anbar isə sözügedən boru xətti vasitəsilə Taxtakörpü su anbarından qidalanır. Ona görə də həmin kəmərdə su axınını dayandırıb xətti təmirə bağlaya bilmirik. Amma payız aylarında həmin boru xəttini təmirə bağlayacağıq. Həmin boru xəttində bir neçə yerdə sızmalar var ki, onların hamısı təmir olunacaq. Bu məsələdən xəbərimiz var. Biz maksimum çalışırıq ki, Ceyranbatan su anbarı dolsun. Ora müəyyən bir vaxta qədər su yığılandan sonra xətti bağlayıb, təmirə başlayacağıq”.
D. Şərifov qeyd edib ki, xətti təmirə bağladıqda su təchizatı ilə bağlı heç bir problem olmayacaq: "Həmin ərazidən iki su xətti keçir ki, onları növbəli şəkildə təmirə bağlayacağıq”.
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
















.jpg)





.png)










