Sosial
"Bəlkə 50 yaşa çatmadım..."

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Publika.az xəbər verir ki, 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olan Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.
Azərbaycan ictimaiyyəti onu əvvəlcə jurnalist kimi tanımışdı.
1998-ci ildən 2005-ci ilədək “ANS”də müxtəlif vəzifələrdə çalışan Qənirə Paşayeva, daha sonra Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. Qənirə Paşayeva ardıcıl olaraq üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professoru idi.
Qəfil vəfat xəbəri cəmiyyətdə kədərlə qarşılanan Qənirə Paşayevanın özü də sağlığında sabaha ümid olmadığını deyirdi:
“Hamımız bilmirik 10 gün sonra nə olacaq. 10 gün sonra bəlkə də hər hansı birimiz bu həyatda olmayacağıq. Bəlkə bir il sonra... Biz bu dünyadan gedəndə nə aparacağıq? Hər şeyi burada qoyub gedəcəyik. Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb geri dönəcək. Onlar da bizi tərk edəcək. Bizdə nə qalacaq? Bir şey - bir il, iki il, üç il sonra kimsə xatırlayanda, deyəcək, adam kimi adam idi. Allahın mənə nə qədər ömür verdiyini bilmirəm. Bəlkə 50 yaşa çatmadım. Sufilərin o düşüncəsini qəbul etmiş insanam. Mənim üçün bu gün və bu an var. Mən onun dəyərini bilərək yaşamaq istəyirəm. Çünki bilmədiyim şey mənim deyil”. ("Qafqazinfo")

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
İdman18:48
Haaland 4 milyona unikal avtomobil aldı: Ondan yaxşısı yoxdur - FOTO
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi