Sosial
Leyla Ağayeva polisə çağırıldı
Sosial media meneceri Leyla Ağayeva Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Publika.az "Yeni Avaz"a istinadla xəbər verir ki, o, “Abzas Media” işi ilə bağlı şahid qismində ifadə vermək üçün bu gün saat 15:00-da BŞBPİ-yə çağırılıb.
“Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.
Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.
Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. O bildirib ki, həbsinin səbəbi “Abzas Media”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır. Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.
İctimai fəal, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov da saxlanılıb. O, da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, noyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) barədə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş şikayətlərə baxılıb və hər iki şikayət təmin edilməyib.
“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova isə noyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsinə ifadə üçün çağırılıb və saxlanılaraq Xətai Rayon Polis İdarəsinə aparılıb. Bir gün sonra isə ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa müxtəlif vaxtlarda jurnalistlər – Sahilə Aslanova, Hafiz Babalı, Mina Əlyarlı, Şəmistan Həziyev və Elnarə Qasımova, həmçinin Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva ifadə vermək üçün BŞBPİ-yə çağırılıb.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu :Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı








.jpg)



.jpg)





.webp)





.jpg)












