Sankt-Peterburqdakı Baş Konsulluqda səs verən seçicilərin sayı məlum oldu
Bizi izləyin

Sosial

Sankt-Peterburqdakı Baş Konsulluqda səs verən seçicilərin sayı məlum oldu

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib.

Publika.az Secki-2024.az-a istinadən xəbər verir ki, Baş Konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1 030 nəfər seçici qeydə alınıb. Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Stanisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər.

Qeyd edək ki, növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. Sankt-Peterburqdakı Baş Konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm