Sosial
“Fövqəladə hallar könüllüləri” proqramına qeydiyyat başlandı
“Fövqəladə hallar könüllüləri” proqramına qeydiyyat başlanıb.
Publika.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Proqrama qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-30 yaş arası şəxslər müraciət edə bilər. İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.
Təlim proqramını uğurla başa çatdırmış könüllülərə proqramın sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq sertifikat veriləcəkdir.
Könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər 28 mart 2024-cü il tarixinədək aşağıdakı səhifəyə daxil olmaqla müraciət edə bilərlər ⬇️
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi