Sosial
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub.
Publika.az xəbər verir ki, İkinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:
“Yerimi dəyişəndə güllə yarası aldım. Qışqırıb döyüş yoldaşıma dedim ki, yaramı bağla. Söylədi ki, əlimi qabağa gətirə bilmirəm. Kürəyi qəlpə ilə dolu idi. Döyüş yoldaşıma dedim ki, mənim üçün bir dənə siqaret yandır. Elə bildim ki, ölürəm. Siqareti çəkib özümdən getdim. Ayılanda gördüm ki, yanımda şəhid var. Başımı onun üstünə qoyub yatdım”.
A.Musayev əsir götürüldükdən sonra başına gətirilən dəhşətlərdən də danışıb:
“Məni videoya çəkib, istəmədiyim bir şeyi dedirtmək istədilər. Qəbul etmədiyimə görə boynuma isti su töküb, yandırdılar. Gecələr projektoru elə qoyurdular ki, işıq üzümə vursun, yata bilməyim”.
Qazi əsir düşdüyü ərazidən üzərində qanı olan hərbi geyim formasını da tapıb.
Daha ətraflı "Baku" TV-nin videosunda:
-
Magazin103:43
Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir? - VİDEO
-
Region02:42
Hava şəraiti daha da pisləşdi, helikopterin axtarışı ÇƏTİNLƏŞDİ
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"