Sosial
“Bu yubkanızı gecə klubuna geyinin” - ATU-nun müəllimi / FOTO
Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib.
Publika.az xəbər verir ki, pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.
Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub.
Oxu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib. G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb: “Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır”.
-
Nəqliyyat05:45
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA
-
Magazin103:43
Bikini geyinsin deyə xanımına ada aldı - VİDEO
-
Dünya02:42
6,3 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman02:00
"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNDİ
-
Cənubi Qafqaz01:41
"Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik" - Paşinyan ELAN ETDİ
-
Sosial00:40
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ATA DANIŞDI - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI: praktik qərarlar verməkdə diqqətli olun
-
Region26 Sentyabr 23:48
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? - Məzar açılacaq