Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul etdi - FOTO
Bizi izləyin

Sosial

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul etdi - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 26 sentyabr 2024-cü il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulunu keçirib.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qəbələ və Oğuz rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm