Sosial
Sahil Babayev deputat seçilən xanımın yerinə onu təyin etdi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor əvəzi təyin edilib.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədova Mətanət Nəbi qızı sözügedən quruma direktor əvəzi təyin olunub.
Mətanət Məmmədova bu vəzifəyə qədər nazirlik Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri, daha əvvəl isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olan və parlamentə mandat qazanan Nigar Məmmədova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor idi. Artıq onun vəzifəsinə xitam verilib. Nigar Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun həyat yoldaşıdır.
-
Sosial18:55
Həbs olunan polkovnik və mayora ittiham irəli sürüldü - YENİLƏNDİ
-
MDB17:45
Lukaşenko yenə nüvə ilə hədələdi: Minsk bu ssenariyə hazırlaşır
-
ABŞ16:03
Məni sərtləşdirən o oldu: Melanya Tramp haqda elə şeylər danışdı ki...
-
Dünya15:50
İran İsrailə qarşı böyük müharibəyə başlayır? - ABŞ şok detalları açıqladı
-
Hadisə15:10
TƏCİLİ! Xəzər TV-nin binası tam boşaldıldı - VİDEO/YENİLƏNDİ
-
Hadisə14:56
Bakıda güclü yanğın: Bir neçə avtomobil yandı - VİDEO
-
Köşə14:23
44 günə çin çıxan 30 illik yuxu
-
Avropa12:54
Putin göstəriş verib: Kreml onları Kurska göndərdi